Santuş: “Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik”

İdman

04.10.2024 12:00

2210

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

TodayPress xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Santuş oyundan öncə təşkil olunan mətbuat konfransında hər oyuna qələbə istəyi ilə çıxacaqlarını bildirib.

"Mən komandama güvənirəm. Mentaliteti dəyişmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Gələcək üçün nələri dəyişmək lazım olduğunu bilirik. Bir çox futbolçular özləri haqqında düşünürlər. Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik".

Portuqaliyalı mütəxəssis təlim-məşq toplanışına aşağıdakı oyunçuları dəvət edib:

1          Mehdi Cənnətov “Sumqayıt”

2          Rza Cəfərov “Neftçi”

3          Aydın Bayramov “Zirə”

4          Bəhlul Mustafazadə “Qarabağ”

5          Abbas Hüseynov “Qarabağ”

6          Qismət Alıyev “Zirə”

7          Rahil Məmmədov “Radomiak Radom” (Polşa)

8          Zamiq Əliyev “Eqnatia” (Albaniya)

9          Bədavi Hüseynov “Qarabağ”

10       Anton Krivotsyuk “Daejeon Hana Siti” (Cənubi Koreya)

11       Şəhriyar Əliyev “Turan Tovuz”

12       Elvin Cəfərquliyev “Qarabağ”

13       Coşqun Diniyev “Bandırmaspor” (Türkiyə)

14       Elvin Camalov “Sabah”

15       Aleksey İsayev “Qarabağ”

16       Xəyal Nəcəfov “Turan Tovuz”

17       Ceyhun Nuriyev “Zirə”

18       Emin Mahmudov “Neftçi”

19       Toral Bayramov “Qarabağ”

20       Ozan Can Kökçü HJK (Finlandiya)

21       Rüstəm Əhmədzadə “Zirə”

22       Ramil Şeydayev “Neftçi”

23       Mahir Emreli “Nürnberq” (Almaniya)

24       Renat Dadaşov “Ankaragücü” (Türkiyə)

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə qarşılaşacaq.

Namiq HUN

tag: Azərbaycan, Fernandu Santuş, Futbol, Komanda , Mətbuat konfransı,todaypress.az,