Santuş milli komandada işini davam etdirəcək
İdman
13.12.2024 16:45
Portuqaliyalı futbol mütəxəssisi Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil.
TodayPress xəbər verir ki, bunu AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun komandadakı taleyi ilə bağlı danışıb:
“Santuş hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.
Xatırladaq ki, daha əvvəl portuqaliyalı mütəxəssisin Azərbaycan millisindən göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Namiq HUN
tag: Santuş ,Milli, Komanda ,İsveç ,todaypress.az,