Santuş “Liga Portugal Awards”a layiq görüldü

İdman

29.08.2024 15:50

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuşa xüsusi mükafat təqdim olunub.

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis “Liga Portugal Awards”ın seçiminə əsasən, ölkə futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, F.Santuş 2016-cı il Avropa çempionatında Portuqaliya yığmasının baş məşqçisi kimi qızıl medal qazanıb.

69 yaşlı mütəxəssis iyun ayından millimizin "sükanı arxasına" keçib. 

Namiq HUN

tag: Azərbaycan ,Məşqçi, Fernandu Santuş, Avropa, Çempionat, Portuqaliya, todaypress.az,