Santuş azarkeşlərə müraciət etdi
İdman
30.08.2024 12:56
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında iştirak edib.
TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis bura gəlişinin səbəbinin gələcək üçün komanda qurmaq olduğunu bildirib. Həmin komandanın ölkəni yaxşı təmsil etməsini istədiyini bildirən mütəxəssis heyətə cəlb etdiyi futbolçuların onunla ilk dəfə işləyəcəklərini deyib:
“Azarkeşlərə müraciət edirəm, millidən yapışın. Yığmanı dəstəkləyin. Mənim deyil, futbolçuların buna ehtiyacı var. Çox xahiş edirəm, azarkeşlər dəstəyini əsirgəməsinlər. “Qarabağ”a baxıram, avrokuboklarda böyük dəstək görür”.
Qeyd edək ki, Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
Namiq HUN
tag: Santuş, Azarkeşlər, Qarabağ ,Bakı, İsveç, UEFA, todaypress.az,