“Santos” Neymarın transferini açıqladı

İdman

01.02.2025 09:35

Braziliyanın “Santos” klubu Neymarın transferini açıqlayıb.   

TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. 

“Santos”un yetirməsi olan Neymar dogma klubunda 10 nömrəli formanı geyinəcək.

O, 12 illik fasilədən sonra keçmiş klubuna qayıdıb.   

Forvard 2009-2013-cü illərdə “Santos”un şərəfini qoruyub. O, komandanın heyətində 225 oyunda 136 qol vurub, 64 ötürmə verib. 

Qeyd edək ki, 33 yaşlı “sambaçı” Avropa nəhənglərindən “Barselona” və PSJ klublarının formasını geyinib.

O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edib. 

Namiq HUN

tag: Neymar,Transfer,Klub,Əl-Hilal,Todaypress.az,