Santos mövsümü erkən bitirdi
Fransanın “Lill” klubunun futbolçusu Tiaqo Santos gələn mövsümə qədər yaşıl meydanlardan kənarda qalacaq.
TodayPress xəbər verir ki, portuqaliyalı müdafiəçidə çarpaz bağın qopması aşkarlanıb.
22 yaşlı futbolçu əməliyyat olunacaq və cari mövsüm “Lill”in müdafiə xəttində yer almayacaq.
Qeyd edək ki, Tiaqo Santos bu mövsüm “Lill”in heyətində 13 oyuna çıxıb və 2 qolun ötürməsini edib.
Namiq HUN
tag: Fransa, Lill ,Tiaqo Santos ,Portuqaliya ,Müdafiəçi, todaypress.az,