Sane şərtini açıqladı

İdman

05.10.2024 10:33

Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

TodayPress xəbər verir ki, hücumçu "Nyukasl" klubunun maraq dairəsinə düşüb.

Almaniyalı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

Sane Münhen təmsilçisi ilə vidalaşmaq istəyir. Buna səbəb futbolçunun meydana az çıxmasıdır. 

28 yaşlı futbolçu cari mövsümdə 4 oyunda cəmi 78 dəqiqə şans qazanıb. 

Leroy Sane “Nyukasl” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə təklifə "hə" deyəcək.

Namiq HUN

tag: Nyukasl ,Bavariya ,Münhen ,Çempionlar Liqası, Leroy Sane ,todaypress.az,