Sane “Bavariya” ilə müqaviləni bir şərtlə uzadacaq
İdman
19.10.2024 09:35
“Bavariya”nın vingeri Leroy Sanenin klubla hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonunda bitəcək.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Münhen təmsilçisində qalmaq istəyir.
Ancaq bir problem var. O, yalnız illik 20 milyon avro maaş səviyyəsində təklifi qəbul etməyə hazırdır.
“Bavariya” bu şərtlə razılaşmasa, Sane digər klubların təkliflərinə açıq olacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçu ilə “Nyukasl” klubu maraqlanır.
Namiq HUN
tag: Nyukasl, Bavariya, Münhen, Leroy Sane, todaypress.az,