Sane “Bavariya” ilə anlaşdı
Leroy Sane "Bavariya" ilə yeni müqavilə imzalayacaq.
TodayPress xəbər verir ki, cinah müdafiəçisi Münhen təmsilçisi ilə 2028-ci ilin yayına qədər razılaşma əldə edib.
Sane yeni müqavilənin şərtlərinə görə 10 milyon avro maaş və 5 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, Leroy Sane 2020-ci ildən "Bavariya"da top qovur.
29 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 41 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Leroy Sane,Bavariya,Müqavilə,Klub,Todaypress.az,