“San Lorenso”nun məğlubiyyəti iğtişaşlara səbəb oldu
İdman
16.12.2024 14:10
Argentinanın “San Lorenso” klubunun azarkeşləri Primeranın XXVII turunda evdə “Tiqre”yə uduzduqları oyundan (0:1) sonra qəzəbləniblər.
TodayPress AS nəşrinə istinadən xəbər verir ki, mövsüm ərzində komandanın zəif nəticələrindən təngə gələn azarkeşlər futbolçuların ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
Qəzəbli fanatlar “hamınız gedin” qışqıraraq tribunaların adətən klub rəhbərləri oturan hissəsinə daxil olmağa cəhd göstəriblər. Onların qarşısını almaq üçün polis müdaxilə etməli olub.
İğtişaşlar zamanı “Pedro Bideq” stadionuna ziyan dəyib. Təhlükəsizlik təmin olunmadığından məşqçilərin mətbuat konfransı yarımçıq dayandırılıb.
“San Lorenso” azarkeşləri dəfələrlə radikal tədbirlərə əl atıblar. Oktyabr ayında onlar futbolçularla söhbət etmək üçün komandanın məşqinə gəlmişdilər.
Qeyd edək ki, XXVII turdan sonra “San Lorenso” 29 xalla Argentina çempionatının 24-cü komandasıdır. Buenos-Ayres təmsilçisi son beş oyunun dördündə məğlub olub.
Namiq HUN
tag: Futbol, Konfrans ,Azərkeş, Məşq, todaypress.az,