“San Lorenso” Muniainlə müqavilə imzaladı
Hücumçu 25 ildən sonra İspaniyadan ayrılmağa qərar verib.
TodayPress xəbər verir ki, 25 il "Atletik"in şərəfini qoyan İker Muniain komandasını dəyişib.
Forvard karyerasını Argentinanın “San Lorenso” klubunda davam etdirəcək.
Buenos-Ayres təmsilçisi 31 yaşlı futbolçu ilə 2025-ci ilin dekabrına qədər müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, İker Muniain "Atletik"də 500-dən çox matçda iştirak edib.
Namiq HUN
tag: Argentina, San Lorenso ,Müqavilə, Atletik ,İker Muniain, todaypress.az,