“San Dieqo” De Bruyne ilə danışıqlar aparır
İdman
08.01.2025 17:20
“Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır.
TodayPress “The Athletic”ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi “San Dieqo” klubu ilə danışıqlar aparır.
Misir əsilli britaniyalı iş adamı Mohamed Mansura məxsus olan komandanın bu il MLS-də debüt etməsi gözlənilir.
Qeyd edək ki, Kevin De Bruynenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. O, cari mövsüm “şəhərlilər”in heyətində meydana çıxdığı 18 oyunda 2 qol vurub.
Namiq HUN
tag: Mançester ,Beliçka, Yarımmüdafiə ,Klub, todaypress.az,