Samir Handanoviç baş məşqçi təyin olundu

İdman

01.08.2024 18:00

İtaliya "İnter"inin sabiq kapitanı Samir Handanoviç klubun U-17 komandasının baş məşqçisi təyin olunub.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

S.Handanoviç daha əvvəl “İnter”in əsas və gənclərdən ibarət komandalarında qapıçı skautu kimi çalışıb.

O, futbolçu karyerası ərzində 2012-2023-cü illərdə "İnter" klubunun qapısını qoruyub. 

Namiq HUN

tag: İtaliya, İnter, Handanoviç, Klub, Baş Məşqçi, todaypress.az,