Samir Abasov rəsmən “Neftçi”də
Samir Abasovun “Neftçi” ilə müqaviləsinin müddəti açıqlanıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Buna qədər “Sumqayıt”ı çalışdıran Samir Abasov postunu tərk edərək Bakı təmsilçisinə keçib.
Qeyd edək ki, “Neftçi” ilə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov, 2020/21 mövsümündə kluba sonuncu çempionluğu qazandıran mütəxəssis olub.
Namiq HUN
tag: Samir Abasov ,Neftçi ,Çempion, Mütəxəssis, todaypress.az,