Sambo millimizin Kipr uğuru

İdman

28.04.2025 09:35

7

Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatı və birincilikləri keçirilib.   

TodayPress xəbər verir ki, millimizin qitə çempionatından qazancı 3 gümüş və 4 bürünc medal olub. 

Kişilər arasında Avropa çempionatında Adil Adilzadə (88 kq) gümüş, Elvin Bağırov (64 kq) isə bürünc medallar qazanıblar. 

Gənclərin turnirində Nicat İsmayılov (58 kq) gümüş, Cavad İsayev (71 kq) isə bürünc medalla kifayətlənib. 

Yeniyetmələr arasında Avropa birinciliyində isə Əbubəkir Hüseynov (98 kq) gümüş, Kənan Məmmədli (71 kq) və Rəsul Səmədli (+98 kq) isə bürünc medallara sahib çıxıblar. 

Namiq HUN

tag: Sambo,Azərbaycan,Uğur,Medal,Todaypress.az,