“Sambaçılar” Amerika Kuboku ilə vidalaşdı
İdman
07.07.2024 11:00
Futbol üzrə Amerika
Kubokunda bütün yarımfinalçılar bəlli olub.
TodayPress xəbər verir ki, bu mərhələnin cütləri 1/4 finalın son iki oyunundan
sonra müəyyənləşib.
Kolumbiya yığması Panamanı 5 cavabsız qolla məğlub
edərək güclü kvartetə adını yazdırıb. Qlendeyl qarşılaşmasında Con Kordoba,
Xames Rodriges, Luis Dias, Riçard Rios və Migel Borxa fərqlənib.
Uruqvay - Braziliya matçında isə əsas vaxtda hesab
açılmayıb 0:0. Penaltilər seriyasında rəqibinə uduzan (2:4)
"sambaçılar" turnirlə vidalaşıb.
Yarımfinal mərhələsində Argentina Kanada ilə, Uruqvay
isə Kolumbiya ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları iyul ayının 10-da və 11-də
keçiriləcək.
Namiq HUN
tag: Sambaçılar,Uruqvay,Braziliya,Kolumbiya,Yarımfinal,Futbol,Amerika,Kubok, todaypress.az,