Sambaçı girov müqabilində azadlığa buraxıldı
Zorlamada ittiham olunan braziliyalı sabiq futbolçu Dani Alveş bəraət alıb.
TodayPress "RMC Sport"a istinadən xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən 4,5 illik həbs hökmünü ləğv edib.
O, məhz təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bir il həbsdən sonra Barselona məhkəməsi keçmiş futbolçunu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov müqabilində azadlığa buraxıb.
Qeyd edək ki, bəzi mənbələr Alveşin haqsız yerə həbsxanada keçirdiyi vaxta görə təzminat alacağını bildirir.
Namiq HUN
tag: Dani Alves,Sabiq futbolçu,Təcavüz,Bəraət,Todaypress.az,