“Şamaxı” rumıniyalı futbolçu ilə anlaşdı

İdman

09.01.2025 09:25

“Şamaxı” futbol klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu rənglərinə qatıb. 

27 yaşlı rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb. 

Qeyd edək ki, Andrey-Kostin Tirkovaneu buna qədər Kanadanın “Pasifik” klubunda oynayıb. 

Namiq HUN

tag: Andrey, Şamaxı, Təmsilçi, kanada ,todaypress.az,