“Şamaxı” klublarımız arasında birinci oldu

İdman

07.05.2025 16:47

9

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) cari mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.   

TodayPress xəbər verir ki, Premyer Liqanın daxil olduğu araşdırmada 65 dünya liqası yer alıb.   

Siyahıya əsasən, 21 yaşadək futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 % göstərici ilə “Şamaxı” olub. 

Qeyd edək ki, araşdırmada ən yüksək nəticə 69,6 % göstərici ilə Belçikanın “Lommel” klubuna məxsusdur.   

Namiq HUN

tag: Şamaxı,Futbol,Klub,Oyun,Todaypress.az,