“Şamaxı” iki futbolçusu ilə yollarını ayırdı
İdman
10.12.2024 04:11
“Şamaxı” iki futbolçusu ilə yollarını
ayırıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat
xidməti məlumat yayıb.
Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi
Kantariyanın müqavilələrinə qarşılıqlı şəkildə xitam verilib.
Hər iki oyunçunun komandadan ayrılma səbəbi
göstərilməyib.
tag: Futbol, Şamaxı, Oyun, Oyunçu, Adil Nağıyev, Giorgi Kantariyan, todaypress.az,