“Şamaxı” futbolçusu ilə yollarını ayırdı
“Şamaxı” futbol klubu Emin Zamanov ilə yollarını ayırıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarından Şamaxı təmsilçisində çıxış edən Emin Zamanov ötən mövsüm I Liqa çempionu olub.
Yarımmüdafiəçi “Şamaxı”nın formasında meydana çıxdığı oyunlarda 18 qol vurub.
Namiq HUN
tag: Futbol,Şamaxı,İdman,todaypress.az,