Şam yeməyinə görə final mərhələsindən kənarda qaldı
İdman
06.08.2024 11:03
Paris Olimpiadasında qeyri-adi hadisə baş verib.
TodayPress xəbər verir ki, israilli üzgüçü Anastasiya Qorbenko final mərhələsinə gecikib. Buna səbəb idmançının Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi şam yeməyinə dəvət alması olub.
O, 200 m məsafəyə qarışıq üzgüçülükdə həlledici mərhələyə çıxa bilməyib. Avstraliyalı Ella Ramsi xəstəliyi səbəbindən start xəttinə çıxa bilmədiyindən ehtiyat idmançı olan Qorbenko onu əvəzləməli idi. İdmançı bundan 25 dəqiqə əvvəl xəbər tutub.
Nəticədə final mərhələsi 6 idmançının iştirakı ilə keçirilib.
Namiq HUN
tag: Paris,Anastasiya Qorbenko ,Ella Ramsi, Avstraliya, Final, todaypress.az,