Salomon Kalu təyinat aldı

İdman

21.09.2024 14:50

“Çelsi”nin sabiq futbolçusu klub direktoru olub.

TodayPress xəbər verir ki, Salomon Kalu Fil Dişi Sahilinin “Qaqnoa” klubu ilə anlaşıb.

Fil Dişi Sahilinin sabiq hücumçusu sözügedən klubda direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Kalu karyerası ərzində Niderlandın “Feyenoord”, “Ekselsior”, İngiltərənin “Çelsi”, Fransanın “Lill”, Almaniyanın “Herta” və Braziliyanın “Botafoqo” klublarında forma geyinib. O, bu klubların heyətində meydana çıxdığı 477 matçda 154 qol vurub.  

Salomon Kalu milli karyerasında keçirdiyi 97 oyunda 28 dəfə fərqlənib. 

Namiq HUN

tag: Çelsi ,Salomon Kalu, Qaqnoa ,Direktor ,Fransa, Almaniya ,Braziliya ,todaypress.az,