“Şalke” Raula dəvət göndərdi

İdman

06.03.2025 17:10

1861

“Şalke” klubu sabiq hücumçusu Raul Qonzalesi baş məşqçi kimi dəvət edib.   

TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya təmsilçisinə rəhbərlik edən Kis van Vonderen qışda Raula dəvət göndərsə də, o, “Kastilya” klubunda qalmağa üstünlük verib. 

Raulun hazırkı komandası ilə müqaviləsi yaya qədər qüvvədədir.

O, böyük ehtimalla mövsümün sonuna yaxın İspaniyadan ayrılaraq “Şalke”yə keçəcək. 

Xatırladaq ki, “Real Madrid”in əfsanəsi 2010-2012-ci illərdə “Şalke”nin formasını geyinib.   

Namiq HUN

tag: Şalke,Raul Qonzales,Məşqçi,Klub,Todaypress.az,