Salah şərtlərini açıqladı

İdman

15.11.2024 15:24

“Liverpul”un hücumçusu Məhəmməd Salah müqaviləsinin başa çatması səbəbindən mövsümün sonunda İngiltərə komandasını tərk edə bilər.

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, hücumçu yeni sözləşmə imzalamaq üçün klubun qarşısına şərtlər qoyub.

Salah yalnız müqavilənin uzunmüddətli olacağı və məvacibinin artırılacağı təqdirdə “Liverpul”da qalacaq.

32 yaşlı futbolçu "qırmızılar"dan bonuslar da tələb edib.

Qeyd edək ki, cari mövsümdə Məhəmməd Salah bütün yarışlarda 17 matça çıxıb, 10 qol vurub və 10 assist edib. 

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında Salahın transfer dəyəri 55 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Salah, Liverpul, Qırmızılar, Transfermarkt, todaypress.az,