Salah Runinin rekorduna şərik çıxdı

İdman

02.12.2024 14:57

Premyer Liqanın XIII turunda keçirilən “Liverpul” - “Mançester Siti” matçı mersisaydlıların hücumçusu Məhəmməd Salah üçün uğurlu olub.

TodayPress xəbər verir ki, misirli futbolçu komandasının hər iki qolunda iştirak edib.O, əvvəlcə oyunda hesabı açan Kodi Qakpoya asistenlik edib. Daha sonra isə özü penaltidən fərqlənib.

Nəticədə Salah Premyer Liqada 36 matçda həm qol vurub və həm də məhsuldar ötürmə edib. 

Belə nailiyyət ona qədər yalnız “Mançester Yunayted”in əfsanəvi hücumçusu Ueyn Runiyə məxsus idi. Salah ingilis forvardın rekorduna şərik çıxıb.

Namiq HUN

tag: Liqa, Kodi Qakpoya, Salah, Mançester Yunayted, todaypress.az,