Salah Premyer Liqada ikinci gəncliyini yaşayır

İdman

12.11.2024 13:00

Beynəlxalq fasilədən əvvəl məşhur “Goal.com” onlayn nəşri İngiltərə Premyer Liqasının cari mövsümünün 10 ən yaxşı futbolçusunun reytinqini açıqlayıb. 

TodayPress xəbər verir ki, ilk pillədə “Liverpul”un misirli forvardı Məhəmməd Salah qərarlaşıb.

32 yaşlı futbolçu qol+pas sistemində 8+6 xal toplayaraq ikinci gəncliyini yaşayır. 

Salahı “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer izləyir. 22 yaşlı yarımmüdafiəçi 11 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib. ib.

İlk üçlüyü isə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand tamamlayır. Cari mövsümdə forvardın aktivində 11 matçda 12 qol var. 

Premyer Liqanın cari mövsümünün 10 ən yaxşı futbolçusu sıralamasına Bukayo Saka (“Arsenal”), Rayan Qravemberx  (“Liverpul”), Brayan Mbemo (“Brentford”), Kris Vud (“Nottingem Forest”), Luis Dias (“Liverpul”), Denni Uelbek (“Brayton”) və Kertis Cons (“Liverpul”) adlarını yazdırıblar.  

Namiq HUN

tag: Liqa,Mançester Siti,Çelsi,Norveç,todaypress.az,