Salah Misir millisində yubiley matçına çıxdı
İdman
11.09.2024 09:27
Futbol üzrə Misir yığma komandasının hücumçusu Məhəmməd Salah 100-cü matçına çıxıb.
TodayPress xəbər verir ki, "Liverpul" klubunun forvardı buna Botsvana yığması ilə Afrika Millətlər Kubokunun seçmə mərhələ oyununda (4:0) nail olub.
Eyni zamanda Salah qarşılaşmada fərqlənməklə yığma tarixində 56-cı qolunu vurub.
Namiq HUN