Salah məhsuldarlıq rekordunu təkrarladı
“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada məhsuldarlıq rekordunu təkrarlayıb.
TodayPress xəbər verir ki, misirli hücumçu göstəriciyə İngiltərə çempionatının XXVII turunda “Nyukasl”la oyunda (2:0) assist etməklə nail olub.
32 yaşlı futbolçu cari mövsüm mersisayd təmsilçisinin heyətində 28 oyunda 25 qol vurub və 17 məhsuldar ötürmə edib.
O, daha əvvəl Premyer Liqada ən yaxşı nəticəsinə 2017/18-ci il mövsümündə imza atıb. O zaman Salah 32 qol, 10 məhsuldar ötürmə ilə gündəmi zəbt edib.
Namiq HUN
tag: Liverpul,Klub,Məhəmməd Salah,Premyer Liqa,Nyukasl,todaypress.az,