Salah məhsuldar ötürmə verən 10-cu futbolçu oldu

İdman

30.12.2024 12:20

“Liverpul” klubunun misirli legioneri Məhəmməd Salah Premyer Liqa tarixində ən çox məhsuldar ötürmə verən onuncu futbolçu olub.

TodayPress xəbər verir ki, hücumçu "Vest Hem"ə qalib gəldikləri (5:0) XIX turun oyununda adından söz etdirib. 

Salah səfər qarşılaşmasında 1 qol və 2 assistlə yadda qalıb. 32 yaşlı forvard çempionatdakı məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb.

Premyer Liqada bu göstəricidə rekord “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur - 162 assist.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb. O, 20 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Liverpul,Məhəmməd Salah,Premyer Liqa,Mançester Yunayted,todaypress.az,