Salah “Liverpul”u “Qalatasaray”a dəyişir?

İdman

09.11.2024 14:00

“Qalatasaray” Məhəmməd Salaha illik 20 milyon avro maaş təklif edib. 

TodayPress xəbər verir ki, “Liverpul”un ulduz futbolçusunun meneceri Salah ilə görüşərək Türkiyə Superliqasında çıxışının ideal variant olduğunu bildirib.

Misirli futbolçu da müsəlmanların çoxluq təşkil etdiyi ölkədə çıxış etmək istədiyindən İstanbul təmsilçisi ilə görüşmələri qəbul edib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur.


Namiq HUN

tag: Salah, Liverpul, Qalatasaray, Futbol, İdman, todaypress.az,