Salah “Liverpul”dan ayrılır?
İdman
02.01.2025 09:10
Misirli futbolçu Məhəmməd Salah PSJ-dən rekord təklif alıb.
TodayPress xəbər verir ki, Paris təmsilçisi forvarda həftəlik 500 min avro ödəmək niyyətindədir.
Mövsümün sonunda “Liverpul”la müqaviləsi bitəcək Salah qaydalara əsasən yanvarın 1-dən digər klublarla danışıqlara start verə bilər.
Mersisaydlılar Məhəmməd Salaha həftəlik 400 min avro olmaqla 3 illik müqavilə təklif etsələr də, hələlik rəsmi imzalanma mərasimi baş tutmayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsümdə 26 oyunda 20 qol vurub və 17 ötürmə edib. Salah transfer dəyəri 55 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Liverpul, Salah, Qayda ,Avro ,todaypress.az,