Salah liderliyi itirdi
“Qızıl Top” mükafatının yeni favoritinin adı açıqlanıb
TodayPress xəbər verir ki, nüfuzlu “Give me Sport” portalı “Qızıl Top” mükafatına əsas namizədlərin reytinqini təqdim edib.
“Liverpul”un hücumçusu Məhəmməd Salah siyahıda liderliyi itirib.
Səbəb misirli futbolçunun komandasının PSJ-yə məğlub olaraq Çempionlar Liqasını tərk etməsidir.
Reytinqdə birinci mövqeyə “Real Madrid”in lideri Kilian Mbappe sahib çıxıb. Onu “Barselona”nın vinqeri Rafinya nəzarətdə saxlayır. Məhəmməd Salah isə ilk üçlüyü təşkil edir.
Reytinqdə növbəti yerləri Vinisius Junior və Lamin Yamal tutur.
Xatırladaq ki, "Qızıl top"un hazırkı sahibi “Mançester Siti”nin braziliyalı yarımmüdafiəçisi Rodridir.
Namiq HUN
tag: Salah,Mbappe, Fransa,Qızıl Top,Todaypress.az,