Salah dünyanın ən yaxşı futbolçusu seçildi

İdman

03.02.2025 10:23

850

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ayın ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib. 

TodayPress xəbər verir ki, yanvarda dünyanın ən yaxşısı adına Məhəmməd Salah layiq görülüb. 

“Liverpul” klubunun və Misir millisinin futbolçusu digər iddiaçıları göstəricidə arxada qoyub.  “Real Madrid”ın və Fransa millisinin forvardı Kilian Mbappe ikinci olub.

İlk üçlüyü “Barselona”nın futbolçusu Rafinya təşkil edib.   

Namiq HUN

tag: Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası , Məhəmməd Salah ,Futbol,