Salah danışıqlara başladı
İdman
17.02.2025 15:40
Məhəmməd Salah “Liverpul” klubu ilə mümkün müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
TodayPress “El Nacional”a istinadən xəbər verir ki, misirli futbolçu hələ də avrokuboklar uğrunda mübarizə apara biləcəyini inanır.
Baş məşqçi Arne Slotun etimadı Salahı klubdan ayrılmaq qərarından daşındırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları hələ də Salahı yayda almaq üçün səylərini davam etdirirlər. Onlar forvarda ümumilikdə 200 milyon avro maaşla 3 illik müqavilə təklif etməyə hazırdırlar.
Salahın “Liverpul”la hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Mersisaydlılar futbolçunu qalmağa razı salmaq üçün təkmilləşdirilmiş müqavilə hazırlayır.
Məhəmməd Salah cari mövsüm “Liverpul”un heyətində keçirdiyi 36 matçda 28 qol vurub və 19 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Salah ,Liverpul, İngiltərə ,Müqavilə,Todaypress.az,