Salah daha bir uğura imza atdı

İdman

13.02.2025 09:55

2401

“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah Premyer Liqa tarixinə düşüb.    TodayPress xəbər verir ki, misirli futbolçu cari mövsüm komandasının səfər matçlarında 22 qolda (qol+assist) birbaşa iştirak edib. 

Bu Premyer Liqa tarixində bir mövsümdə göstərilən ən yaxşı nəticədi.

Salah buna “Everton”a (2:2) qarşı  Mersisayd derbisind nail olub. 

Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 35 rəsmi matçda 27 qol vurub və 19 assistlə yadda qalıb.   

Namiq HUN

tag: Salah ,Liverpul, İngiltərə ,Futbol,Todaypress.az,