Salah daha bir il “Liverpul”da qalacaq
Məhəmməd Salah “Liverpul”un müqavilənin müddətini bir il uzatmaq təklifini nəzərdən keçirməyə razılıq versə də, klubun danışıqları aparmaq tərzindən narazıdır.
TodayPress “The Athletic” nəşrinə istinadən xəbər verir ki, hücumçu hələ də klubun mümkün razılaşmanın şərtləri və müddəti ilə bağlı mövqeyini bildirməsini gözləyir.
Rəsmi təklif olmadığı təqdirdə, Salah yanvarın 1-dən başqa bir klubla ilkin müqavilə imzalaya bilər. Misirli futbolçu PSJ də daxil olmaqla, Avropanın top-klublarının maraq dairəsindədir.
klubun rəhbərliyi futbolçunun nümayəndəsi ilə danışıqların müsbət getdiyini açıqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah “Liverpul”da qalmağın onun üçün prioritet olduğunu bildirib. Forvard yeni müqavilənin şərtlərinin onun dünyanın ən yaxşı futbolçularından biri statusuna uyğun olmasını istəyir.
Namiq HUN
tag: Salah, Liverpul, PSJ,Forvard, todaypress.az,