Salah da Səudiyyə Ərəbistanında oynayacaq

İdman

14.01.2025 13:20

“Liverpul” klubunun vingeri Məhəmməd Salah mersisaydlılardan ayrılmaq qərarına gəlib.

TodayPress Səudiyyə Ərəbistanından olan mənbəyə istinadən xəbər verir ki, misirli futbolçu azad agent kimi ölkə klublarından birinə keçmək barədə razılığa gəlib. 

Salah hələ yeni mövsüm çıxış edəcəyi klubun adını bilmir.

Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) liqada dörd klub – “Əl-Hilal”, “Əl-İttihad”, “Əl-Nəsr” və “Əl-Əhli”nin sahibidir. Salahla anlaşan qurum futbolçunun harada çıxış edəcəyi ilə bağlı qərar verəndən sonra onun klubu məlum olacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsüm Premyer Liqada meydana çıxdığı 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Əl-Nəsr, Salah, Liqa,Premyer, todaypress.az,