Salah “Barselona”ya təklif olundu

İdman

11.03.2025 11:37

777

“Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah karyerasını “Barselona”da davam etdirə bilər.   

TodayPress xəbər verir ki, bu barədə “Sport Diario” nəşri məlumat yayıb.   

Salahın agentləri hücumçunun xidmətlərini “Barselona”nın rəhbərliyinə təklif ediblər. 

Transfer yalnız forvard maaşında ciddi endirimə getməyə razı olduğu halda baş tuta bilər. Kataloniya təmsilçisi La Liqanın maliyyə tələblərinə görə bu addımı atmaq məcburiyyətindədir.   

Qeyd edək ki, “Barselona”nı Salahın təcrübəsi və oyun keyfiyyəti cəlb edir. Lakin yalnız maaşda endirim təqdirində, ciddi dialoq mümkündür.  33 yaşlı forvard cari mövsüm bütün turnirlərdə 39 oyun keçirib.

O, bu görüşlərdə 30 qol vurub və 22 məhsuldar ötürmə edib.   Transfermarkt portalında Məhəmməd Salahın transfer dəyəri 55 milyon avro qiymətləndirilir.   

Namiq HUN

tag: Salah ,Liverpul, İngiltərə ,Futbol,Todaypress.az,