Salah “Barselona” klubuna getməyəcək

İdman

20.11.2024 13:00

Kataloniya təmsilçisi “Liverpul”un hücumçusu Məhəmməd Salahın transferindən imtina edib.

TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, klub rəhbərliyi Salahın transferinin eyni mövqedə stabil oyunu ilə seçilən Lamin Yamalın inkişafına mane olacağından ehtiyat edir. 

Eyni zamanda braziliyalı cinah oyunçusu Rafinyanın durumu da onları məmnun edir.

Qeyd edək ki, Məhəmməd Salahın 2025-ci ilin yayında azad agent kimi “Barselona”ya keçəcəyi bildirilirdi.

Misirli forvard cari mövsüm bütün yarışlarda 17 matçda iştirak edib. O, bu görüşlərdə 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Kataloniya ,Liverpul,Məhəmməd Salah,Barselona,Misirli forvard,todaypress.az,