Salah Anrinin nailiyyətini geridə qoydu

İdman

02.09.2024 10:59

"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada Tyerri Anrini üstələyib.

TodayPress xəbər verir ki, misirli hücumçu buna "Mançester Yunayted"ə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Salah bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqada bir matçda fərqləndiyi və assist etdiyi 33 oyunu var. "Arsenal"ın keçmiş futbolçusu Anridə isə bu rəqəm 32-dir.

Qeyd edək ki, bu göstəricidə mütləq rekord "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runiyə (36 qarşılaşma) məxsusdur.

Namiq HUN

tag: Liverpul, Məhəmməd Salah, Premyer Liqa,Mançester Yunayted ,Arsenal, todaypress.az,