Salah Anrini geridə qoydu

İdman

26.01.2025 16:45

“Liverpul”un hücumçusu Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 19-cu qolunu vurub.

TodayPress xəbər verir ki, misirli forvard İngiltərə çempionatının XXIII turunun “İpsviç”lə matçının (4:1) 35-ci dəqiqəsində fərqlənib.

Ümumilikdə bu, Salahın Premyer Liqada 176-cı qolu olub.

O, bu göstərici ilə 175 qola imza atmış “Arsenal”ın keçmiş oyunçusunu Tyerri Anrini qabaqlayıb. 

tag: Liverpul,Məhəmməd Salah,İngiltərə,Premyer Liqa,İpsviç,todaypress.az,