Şahrudin Məhəmmədəliyev millidən kənarlaşdırıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
TodayPress xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.
Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Qeyd edək ki, komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.
“Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
tag: Şahruddin Məhəmmədəliyev,Azərbaycan,Milli,Komanda,Futbol,Todaypress.az,