Şahmatçımız Veyk-Aan-Zee turnirində
İdman
24.11.2024 13:15
Azərbaycan şahmatçısı Aydın Süleymanlı nüfuzlu Veyk-Aan-Zee turnirində iştirak edəcək.
TodayPress xəbər verir ki, təmsilçimiz “Tata Steel Chess”in B turnirində mübarizə aparacaq.
O, yarışın qalibi adını qazana bilsə, 2026-cı ildə “Masters” turnirində oynamaq hüququna yiyələnəcək. Bu vəsiqə üçün 14 iştirakçı mübarizə aparacaq.
FİDE reytinqi 2632 olan şahmatçımız bu göstəricidə turnirdə 5-cidir.
Qeyd edək ki, Niderlanddakı turnir 2025-ci il yanvarın 17-də başlayacaq.
tag: Şahmat,Aydın Süleymanlı,Veyk-Aan-Zee,Turnir,Masters,Niderland,todaypress.az,