Şahmatçımız qələbə sayını dördə yüksəltdi
İdman
30.01.2025 11:55
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində ilk üçlüyü tamamlayır.
TodayPress xəbər verir ki, o, “Challengers” yarışının X turunda qazaxıstanlı Kazıbek Nogerbekə qalib gəlib.
Turnirdə dördüncü qələbəsini qazanan qrossmeyster hesabını 6,5 xala yüksəldib. Aydın Süleymanlı əlavə göstəricilərdə niderlandlı şahmatçı Bencamin Boku qabaqlayıb.
“Challengers” turnirinin lideri aktivində 7,5 xalı olan Çexiya təmsilçisi Tay Nquyendir.
Namiq HUN
tag: Şahmat,Aydın Süleymanlı,Dünya,Tur,Todaypress.az,