Şahmatçımız Petrovaçda medal şansını qoruyur
Monteneqroda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan şaçmatçısı Ayan Allahverdiyeva Petrovaç mundialında medal qazanmaq şansını qoruyur.
Şahmatçımız X turda macarıstanlı Joka Qaal ilə oyunda vacib qələbə qazanıb. Xal hesabını 7,5-ə çatdıran Allahverdiyeva ikinci yerə yüksəlib. O, lider Anna Şuxmandan (FIDE) yarım xal geri qalır.
Ayan sonuncu, XI turda 7 xalla səkkizinci yerdə qərarlaşan özbəkistanlı Afruza Xamdamova ilə yarışacaq.
Namiq HUN
tag: Ayan Allahverdiyeva,Şahmat,Petrovaç,Medal,Todaypress.az,