Şahmatçımız liderlər qrupunda yerini qorudu

İdman

04.04.2025 09:16

1893

Yunanıstanda qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, Rodos turnirinin üç turundan sonra ən yaxşı vəziyyətə malik olan Gövhər Beydullayeva növbəti qələbəsini qazanıb.

O, dördüncü turda qara fiqurlarla İtaliya təmçilçisi Mariya Brunelloya qalib gəlib.

Hesabında 3,5 xalı olan şahmatçımız çempionatın niderlandlı lideri Elin Röbertsdən cəmi yarım xal geri qalır.

Ümimilikdə götürdükdə 4-cü tur şahmatçılarımız üçün uğursuz alınıb.

Avropa çempionatında iştirak edən 8 şahmatçımızdan 4-ü məğlubiyyət yaşayıb, 2 təmsilçimiz qələbə qazanıb, 2-si isə heç-heçəyə razılaşıb.

Namiq HUN

tag: Şahmat ,Dünya ,Çempionat ,Lider ,Todaypress.az,