Şahmatçımız liderlər qrupunda yer aldı

İdman

02.04.2025 09:15

1688

Yunanıstanda qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, Rodos turnirinin II turundan sonra Gövhər Beydullayeva maksimum nəticə ilə 10 şahmatçının təşkil etdiyi liderlər qrupunda yer alıb. O, qara fiqurlarla Almaniya şahmatçısı Yana Şnayderi mat edib. 

Digər şahmatçılarımızdan Gülnar Məmmədova qitə çempionatında Latviyanı təmsil edən Aqnessa Ter-Avatesyana, Lalə Hüseynova isə yerli Eleni Reveliottiyə qalib gəlib. 

Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqibləri ilə xal bölgüsünə razılaşıblar. 

Son Avropa çempionu Ülviyyə Fətəliyeva isə gözlənilmədən turu məğlubiyyətlə başa vurub. Nərmin Abdinova da şahının toxunulmazlığını təmin edə bilməyib. 

Qeyd edək ki, 34 ölkədən 137 şahmatçının  iştirak etdiyi Avropa çempionatı Dünya kubokuna 10 vəsiqə verəcək.

Namiq HUN

tag: Yunanıstan,Şahmat,Milli,Turnir,todaypress.az,