Şahmatçımız liderlər qrupunda mövqeyini qorudu
Almaniyanın Karlsrue şəhərində təşkil olunan "Grenke Chess" festivalında daha iki tur arxada qalıb.
TodayPress xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov “Freestyle Chess Open” turnirində keçirdiyi hər iki görüşü qələbə ilə başa vurub.
O, İsveç şahmatçısı Drajen Draqiçeviçə və turnikdə Polşanı təmsil edən Maçey Klekovskiyə qalib gəlib.
3 turdan sonra maksimum nəticə göstərən qrossmeysterimiz liderlər qrupunda qərarlaşıb.
O, əlavə göstəricilərə görə ikincidir.
“Grenke Chess Open”də yarışan Məhəmməd Muradlı və Eltac Səfərli də uğurlu çıxışlarını davam etdirirlər. Hər 3 görüşdə rəqiblərini mat edən şahmatçılarımız da liderlər qrupunda qərarlaşıblar.
Namiq HUN
tag: Şahmat,Rauf Məmmədov,Liderlər,Oyun,Todaypress.az,