Şahmatçımız İngiltərədə çempion oldu
İdman
24.06.2024 20:16
Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.
TodayPress xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.
Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.
Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.
tag: Qrossmeyster, İngiltərə, Elmira Mirzəyeva, Gəncə şəhəri, todaypress.az,